Göyçayda güclü qasırğa: 2 nəfər öldü, yaralılar var - Foto
Göyçay rayonunda güclü külək və qasırğa 2 nəfərin ölümünə səbəb olub, yaralananlar var.Yenimeydan.info Report-a istinadən xəbər verir ki, onlardan biri avtomobildə olan zaman üzərinə ağac aşıb, digəri isə evin uçması nəticəsində dünyasını dəyişib. Bundan əlavə, Mırtı və Qarabaqqal kəndlərində yaralananların olduğu bildirilir.