29 may 2023
128

Tokayev Lukaşenkonun İttifaq dövlətinə qoşulmaq təklifinə cavab verib

  YeniMeydan.Info ru.slovoidilo.ua-ya istinadən məlumat yayır ki, Qazaxıstan prezidenti Lukaşenkonun İttifaq dövlətinə qoşulmaq təklifinə cavab verib. “Zarafatı yüksək qiymətləndirdim” – deyə, Tokayev bildirib ki, Qazaxıstanın buna ehtiyacı yoxdur, nüvə silahına da ehtiyac yoxdur.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəsinin Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulmasına ehtiyac olmadığını bildirib.
Onun sözlərini yerli “Tengrinews.kz” qəzeti sitat gətirir.
Bundan əvvəl Aleksandr Lukaşenko Qazaxıstana İttifaq dövlətinə qoşulmağı, həmçinin nüvə silahı əldə etməyi təklif etmişdi.
“Mən onun zarafatını yüksək qiymətləndirdim. Hesab edirəm ki, başqa inteqrasiya birlikləri, ilk növbədə Avrasiya İqtisadi İttifaqı olduğu üçün buna ehtiyac yoxdur. Nüvə silahlarına gəlincə, onlara ehtiyacımız yoxdur, çünki biz nüvə silahının yayılmaması haqqında müqaviləyə və nüvə silahının sınaqlarına qadağa qoyulmasına dair müqaviləyə qoşulmuşuq. Biz bu beynəlxalq sənədlər üzrə öhdəliklərimizə sadiq qalırıq”, - deyə, Tokayev bildirib.
Xatırladaq ki, fevralın 16-da Ukrayna prezidenti Vladimir Zelenski Tokayevlə telefonla danışıb.
Daha sonra Qazaxıstan Xarici İşlər Nazirliyi Çinin “sülh planı”na dəstək verdiyini bəyan edib.