23 may 2023
18
“Kupça”sı olmayanlara ŞAD XƏBƏR – 500 mindən çox ev… – VİDEO

Əmlak amnistiyasi ilə 500 mindən çox qanunsuz yaşayış və qeyri-yaşayış obyektinin çıxarışla təmin olunacağı gözlənilir.
Yenimeydan.info xəbər verir ki, Millət vəkili Rüfət Quliyev “Xəzər Xəbər”ə bildirib ki, paytaxtda və ətraf qəsəbələrdəki səndəsiz evlərlə bağlı təkliflər hazırlanıb. Onun sözlərinə görə, yeni mexanzim qanunsuz tikililərin sənədləşdirilməsi prosesini asanlaşdıracaq. Millət vəkili qeyd edib ki, paytaxt və ətraf qəsəbələrdə təxminən 500 mindən çox qanunsuz yaşayış və qeyri-yaşayış obyektinin çıxarışla təmin olunmasına ehtiyac var.
Millət vəklinin sözlərinə görə, əmlak amnistiyası qeyri-yaşayış obyektlərinə də şamil olunacaq. Bu kateqoriyadan olan 40 mindən çox tikili rəsmiləşdiriləcək.
Qeyd edək ki, qanun layihəsi Parlamentin komitə iclasında müzakirə edilərək plenar iclasa tövsiyyə olunub.

Oxşar Xəbərlər:

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

Bakıda sotu 2 milyona torpağı kimlər satır, kimlər alır...

Su çatışmazlığı: Bakıda içməli su ilə maşın yuyulur - Problem qiymətdə deyil, yəni...

Bakıda yaşıllığı kim necə gəldi MƏHV EDİR...

“Sənədsiz evlərlə bağlı ilkin konsepsiya sənədi hazırlanıb - AÇIQLAMA