23 may 2023
17
Bizə böyük olmağı öyrədən DAHİ...

Bu gün Azərbaycan Türkünün tarixində böyük iz buraxmış dahi simanın vəfatının ildönümüdür.Yenimeydan.info DİA.AZ- a istinadən bildirir ki, 23 may 1524-cü ildə bizlərə böyük Vətən mirası qoymuş Şah İsmayıl Xətai babamız 36 yaşında vəfat edib.
1524-cü ilin baharında – Novruzdan az sonra, Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. Saysız-hesabsız vəhşi heyvanları Şahdağında ovlayıb, Ərdəbilə tərəf geri qayıdır. Lakin yolda ağır xəstələnir və Ərdəbildən tələm-tələsik Təbrizə yola düşür. Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Şah ismayıl 23 may 1524-cü ildə vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər.
Bütün millət olaraq babımızın ruhunu rəhmətlə anırıq...

Oxşar Xəbərlər:

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

Bakı gömrüyündə sahibkarın başına NECƏ OYUN AÇDILAR... - Prezidentə müraciət olundu

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat

Şah oğlu niyə birdən-birə üzünü Güney Azərbaycana çevirdi – Maraq və müəmma