22 may 2023
194

DNEPR ELEKTRİK XƏTTİ BAĞLANDI – ZAPOROJYE AES NƏ VƏZİYYƏTDƏ?

     AES-də, sanitar mühafizə zonasında və müşahidə zonasında radiasiya fonu normaldır.Yenimeydan.info-nun xəbərinə görə, Zaporojye AES-in öz enerji təchizatı 750 kilovolt gərginlik sinfi olan sonuncu yüksək gərginlikli xəttin bağlanması səbəbindən dizel generatorlarına ötürülüb.
“750 kV-luq yüksək gərginlikli xəttin bağlanması nəticəsində Dnepr və Zaporijjya AES-lər xarici enerji təchizatını itirib. Onların öz ehtiyacları üçün enerji dizel generatorlarından verilir”, – məlumatda deyilir.
Xəttin kəsilməsinin səbəbləri araşdırılır. AES-də, sanitar mühafizə zonasında və müşahidə zonasında radiasiya fonu normaldır.
Xatırladaq ki, Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Stansiyada hər birinin gücü 1 giqavat olan altı enerji bloku var. Ötən ilin martından Rusiya hərbçilərinin himayəsindədir. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq üçün bu addımın haqlı olduğunu vurğulayıb.
Ukrayna hərbçiləri Enerhodar və Zaporojye AES-in şəhərə bitişik ərazilərini mütəmadi olaraq atəşə tutmaqda davam edir.