08 may 2023
122

Ruslar fosforlu bombalardan istifadə edir

 Baxmut və Marinka uğrunda şiddətli döyüşlər davam edir. Ruslar hücum zamanı mərmi, xüsusən yandırıcı və fosforlu sursatlardan istifadə edirlər.
Yenimeydan.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Ruslar əsas səylərini Liman, Baxmut, Avdeyev, Marinka istiqamətlərində cəmləşdirməkdə davam edir. Baxmut və Marinka şəhərləri uğrunda ağır döyüşlər gedir. Ümumilikdə, düşmən gün ərzində 39 dəfə hücum edib", - məlumatda deyilir.
Qeyd olunur ki, Rusiya ordusu bir neçə istiqamətə uğursuz hücum edib:
"Xüsusilə gün ərzində işğalçılar Xromovoye, İvanovski, Çasovoy Yar və Stupoçek istiqamətində uğursuz hücum cəhdi ediblər".