29 mart 2023
183
Prezident Fazil Mustafaya qarşı terror aktı ilə bağlı göstəriş verdi

Yeni Meydan. info xəbər verir ki, millət vəkilinə dövlət başçısının və birinci xanımın şəfa diləklərini çatdıran Anar Ələkbərov bildirib ki, Prezident İlham Əliyev onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Diqqətə çatdırılıb ki, xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən hüquq-mühafizə orqanlarına göstəriş verilib.
Milli Məclisin deputatı Fazil Mustafa Prezidenti və birinci xanıma göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib, hadisənin onu sarsıtmadığını vurğulayaraq, həmişə olduğu kimi bundan sonra da dövlətçilik ideyalarına sadiq qalacağını və heç nəyin onu bu yoldan çəkindirə bilməyəcəyini deyib.

Oxşar Xəbərlər:

DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat

Əhəd Abıyevin adı daha bir qalmaqalda - TƏFƏRRÜAT

Mehriban Əliyevanın göstərişi ilə göndərilən yardım Qaziantepə çatıb - Video

Vasif Talıbovun HAKİM QOHUMU..