25 mart 2023
95

“Ukrayna hələ əks-hücuma başlaya bilməz” - Zelenski

“Ukrayna hələ əks-hücuma başlaya bilməz”

“Ukrayna ordusu hələ ki, şərq istiqamətində əks-hücuma keçə bilməz”.
Mediatv.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın “Yomiuri” qəzetinə müsahibəsində deyib.Onun sözlərinə görə, buna səbəb silah çatışmazlığıdır.
“Hələlik əks-hücumu başlada bilmərik. Tank, artilleriya və “HIMARS” sistemləri olmadan cəsur döyüşçülərimizi ön cəbhəyə göndərə bilmərik”, - deyə Zelenski qeyd edib.
O, ölkəsinin hazırda öz tərəfaşdaşlarından silah göndərilməsini gözlədiyini bildirib.