18 mart 2023
14
Rusiya yeni səfərbərliyə hazırlaşır - Britaniya kəşfiyyatı

Yenimeydan.info xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilir ki, martın 13-də Rusiya Dövlət Dumasına hərbi çağırış yaşının dəyişdirilməsi haqqında qanun layihəsi təqdim edilib. Qanun böyük ehtimalla 2024-cü ilin yanvarında qəbul olunacaq və qüvvəyə minəcək.
Sovet dövründən bəri Rusiyada ildə iki dəfə hərbi xidmətə çağırışlar keçirilir. Bu çağırışlar 2022-ci ilin sentyabrından ehtiyatda olanların “qismən səfərbərliyindən” fərqlənir.
Rusiya hərbi xidmətə çağırılanların Ukraynada döyüş əməliyyatlarında iştirakını rəsmən qadağan edir. Lakin, Britaniya kəşfiyyatının məlumatına görə, ən azı yüzlərlə insan müqavilə imzalamağa məcbur edilir, daha sonra döyüşlərə göndərilir.

Oxşar Xəbərlər:

29 illik əvəzolunmaz: 70 yaşlı Abbaszadə yola salınır - İDDİA

ABŞ Azərbaycan-Ermənistan arasında toqquşma proqnozlaşdırır - İrana qarşı güc tətbiqi masada

Dünənki atışmada dəhşətli fakt: erməniləri kim hazırlayıb?

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat

Aqrar Xidmətlər Agentliyində TƏFTİŞ QORXUSU