15 mart 2023
112

İranda Novruz çərşənbələrində 19 nəfər ölüb

   İranda Novruz çərşənbələri zamanı 2834 nəfər xəsarət alıb, daha 19 nəfər həlak olub.
Yenimeydan.info İran mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi yayıb.
Məlumata görə, ən çox yaralı sayı isə Tehran, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərində qeydə alınıb.
Bununla yanaşı, ümumilikdə çərşənbələr zamanı İranın 29 vilayətində insidentlər baş verib.