13 mart 2023
247
Deputat təhsillə bağlı ÇAĞIRIŞ ETDİ
Postcəhalət dövrünə qədəm qoyduqmu? Təhsilin rolu nədən ibarətdir? Niyə təhsil insanı daha çox yaxşıya doğru dəyişə bilmir?
Təhsil sistemimiz acınacaqlı durumdadır. Təfəkkürun tiplərinin formalaşdığı bir dövrdə uşaqlar məktəbdən didərgin salınıblar. Tərbiyə etmək paradiqmasını artıq müəllim boynundan atıb. Bir ölçülü təhsil sistemi (yalnız testlər vasitəsilə dərs keçmək) funksional savadsızlığı dərinləşdirib. Dinə, həyata baxış irrasionallaşıb. Nitşenin təbirincə desək, “boşluq genişlənir”.
İctimai fikirdə dönüş yaratmaq, ictimai fikrə təsir etmək missiyasını ziyalılar yerinə yetirə bilmir. Yaxşı ki, Aydın və cəmiyyətin gələcəyini düşünən dostlar var.
M. K. Mamardaşvili yaxşı deyib: İnsanın ruhunun bulağını 3 şey bağlayır. Qorxaqlıq, tənbəllik və ümid. Hər 3-ü bizim Cəhalətə münasibətimizdə özünü göstərdi. Boşluğu isə genişlənməyə qoymamalıyıq. Bəs savadsızlıq? Buna aid Sokrat aydınlatması var: “Savadsızlıq təhlükəli deyil, təhlükəli olan nadanlıqdır.”
Postcəhalət dövrü nadanlığa qarşı durmalıdır.
Etibar Əliyev - millət vəkili
Oxşar Xəbərlər:
DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
Şah oğlu niyə birdən-birə üzünü Güney Azərbaycana çevirdi – Maraq və müəmma
Əhəd Abıyevin adı daha bir qalmaqalda - TƏFƏRRÜAT
GDU-da "saxta dosent diplomunuⅦ təsdiqlətmək üçün hansı üsula əl atılır?