11 mart 2023
172
Göyçay icra hakimiyyətinin HOQQABAZLIĞI
Elnur Rəhimli Göyçay rayon sakinidir. O deyir, Göyçay rayon İcra Hakimiyyətinə kiçik sahibkarlıqla məşğul olmaq istəyilə müraciət edib və nəticədə Heydər Əliyev prospektində köşk tikib, işləmək üçün icazə alıb. Amma...
“29 dekabr günündən rayonun baş memarı Ayaz Səfərəliyev məni məcbur edir ki, köşkü sök, çıx buradan. Səbəb nədir bilmirəm. Məni məcbur edir. Cəmi 16 gün mən orada alver eləmişəm. Işığı da kəsiblər. Məni qoymurlar, məcbur edirlər ki, sök oranı.” – E.Rəhimli deyir.
Göyçay rayonicra başçısının birinci müavini İkram Vəliyev Toplum Tv-yə bildirib ki, vətəndaş sözügedən köşkdə fəaliyyət göstərməsinə icazəni uzağı şifahi verə bilər:
“İcra Hakimiyyəti icazə vermir. İcazə verən təşkilat şəhər nümayəndəsidir, bələdiyyədir. İcra Hakimiyyəti sözlə deyə bilər ki, mənim etirazım yoxdur.”
E.Rəhimli isə bildirir ki, onun bələdiyyə ilə müqaviləsi var və bununla İcra Hakimiyyətinin onun fəaliyyətinə müdaxiləsini qanunsuz hesab edir.
İ.Vəliyev ilə yenidən əlaqə saxladıqda deyib ki, sözügedən müqavilədən xəbərsizdir, amma rəsmi sənəd varsa, vətəndaş sərbəst fəaliyyət göstərə bilər.
E.Rəhimli isə iddia edir ki, müqavilə sənəndlərini İH-nə təhvil versə də, onun sahibkarlıq fəaliyyətinə mane olmağa davam ediblər.
Hüquqşünas Abil Bayamov bu kimi hallarla rastlaşan vətəndaşların məhkəməyə müraciət etməli olduğunu bildirir.
E.Rəhimli tezliklə məhkəmədə Göyçay rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıracağını bildirir.
Toplum TV
Oxşar Xəbərlər:
Saxta sənəd düzəldən vəzifəli şəxs məhkəmə zalında həbs edildi
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
Əhəd Abıyevin adı daha bir qalmaqalda - TƏFƏRRÜAT
AZƏRTAC-ın keçmiş əməkdaşı feyzbukda Prezidentə müraciət etdi: “Sonuncu postumdur, intihar edəcəm…”
İlginc «Azkontrakt» MÜƏMMASI... - NƏ BAŞ VERİR?