06 mart 2023
220

UAZ-la daşınan silahların sübutu - BU DA FAKT!!!

UAZ-la daşınan silahların sübutu
Xəbər verdiyimiz kimi, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə məlumatın yoxlanması məqsədilə Azərbaycan Ordusunun bölmələri UAZ markalı avtomobili saxlamağa cəhd göstərib.

Yenimeydan.info Axar.az-a istinadla xəbər verir ki. bu zaman UAZ maşınında olan erməni mənşəli şəxslər atəş açıb və əsgərlərimizdən ikisi şəhid olub. Cavab atəşi ilə erməni separatçı-terrorçulardan 3-ü yerindəcə məhv edilib, bir nəfər isə yaralanıb.

Erməni təbliğat maşını ötən gündən video yayaraq, guya həmin şəxslərin "artsaxın pasport-qeydiyyat şöbəsinin əməkdaşları" olduğu, maşında isə heç bir silah-sursat daşınmadığı haqda iddia paylaşırlar.

"Kalibr" UAZ markalı maşınla silah daşındığını sübut edən görüntüləri təqdim edib: