06 mart 2023
314

DİM TÜRKİYƏLİ RİYAZİYYATÇININ SUALLARINI OĞURLADI… FOTO

Dünən Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış keçirilən imtahanındakı bəzi suallar türkiyəli riyaziyyatçınln kitabından oğurlanıb.
Tribunainfo.az yazır ki, bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov paylaşıb. O bildirib ki, imrahanda riyaziyyat fənnindən təqdim edilən və şərti qüsurlu olan test tapşırığı əslində Türkiyəli riyaziyyatçı Mustafa Yağcının kitabından götürülüb tərcümə olunmuş test tapşırığıdır:
“Əlbəttə ki, test tapşırığı qüsurludur. Şagirdlərin ciddi vaxt itkisinə səbəb olub.
Testə cavab kimi: “heç bir qiymətində”, ” cavab yoxdur” kimi variantları qəbul etmək isə gülüncdür.
Cavab bütün şagirdlərin xeyirinə doğru qəbul edilməlidir”.