27 fevral 2023
127

ABŞ-IN ƏFQANISTANDAN GERİ ÇƏKİLMƏSİ RUSİYANI MÜHARİBƏYƏ SÜRÜKLƏDİ… RUSİYA DÖVRÜ QAPANIR…

Rusiyanın Ukraynaya qarşı işğalını stimullaşdıran və V. Putini arxayın salan əsas məqamlardan biri ABŞ-ın Əfqanıstandan geri çəkilməsidir. Vaşinqtonun Əfqanıstanda Talibana hakimiyyəti təhvil verməsi, V. Putin tərəfindən məğlubiyyət kimi qəbul edildi.
Yenimeydan.info xəbər verir ki, bu barədə siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib. O qeyd edib ki, Putinin Gürcüstan və Ukraynaya qarşı hərbi əməliyyatları, Suriyada hərbi uğurları onu post-sovet məkanını nəzarət altına alaraq yeni dünya düzənində öz təsir dairəsini formalaşdırmaq strategiyasını həyata keçirməyi ortaya qoydu:
“Yeni dünya nizamında Rusiyanın fövqəldövlət statusu alması mümkün görünmür. Demək olar V.Putin Rusiyanı bu statusu almaqdan məhrum etdi. Putinin reallaşdırdığı siyasət Rusiyanı daxili siyasi təlatümlərə və subyektlərin müstəqillik uğrunda mübarizəsinə gətirib çıxara bilər. Rusiyanın fövqəldövlət olması mümkün deyil”.