27 fevral 2023
165

İRAN BRENDLƏRİ RUSİYA BAZARINDA… “ADİDAS” GETDİ, “ABBAS” GƏLDİ…

Sanksiyalardan sonra ard-arda Rusiyanı tərk edən brend geyim mağazalarının yerini İran markalı mağazalar tutub. Bundan sonra Rusiyanın geyim mağazalarında 20-yə yaxın İran brendi olacaq.
Yenimeydan.info xəbər verir ki, bu barədə məlumat yayan Rusiya Ticarət Mərkəzləri İttifaqı bildirib ki, iranlı istehsalçılar fevralın 20-də Rusiyaya gəliblər. Artıq ticarət mərkəzləri sahibləri və Ticarət və Sənaye Nazirliyi ilə danışıqlar aparıblar.
Məlumata görə, Ukraynada müharibə səbəbindən Rusiyadan gedən brenlərin yerini “Abbas”, “Rəsul”, “Həsən”, “Romina”, “Kiana”, “Samirə və Jila”, “Əlirza” kimi şirkətlər tutacaq.
İstehsalçılardan biri 15 milyon dollarlıq məhsulun çatdırılması ilə bağlı müqavilə də imzalayıb.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü səbəbindən Qərbin dünyaca məşhur ”Adidas”, “H&M”, “Nike”, “Zara”, “Pull&Bear”, “Bershka”, “Chanel”, “Louis Vuitton Moët Hennessy” kimi şirkətləri fəaliyyətlərini dayandıraraq, Rusiyadan gediblər.