25 fevral 2023
143

Səkinə Xudiyevadan daha bir uğursuz əməliyyat

 








 Tanınmış jurnalist Samirə Səfərəliyeva əməliyyat zamanı komaya düşüb.
Yenimeydan.info  Medicina.az-a istinadən xəbər verir ki, jurnalist “Kəpəz hospital”ında plastik cərrah Səkinə Xudiyeva tərəfindən əməliyyat olunub.
Liposaksiya və öd daşı əməliyyatı zamanı S.Səfərəliyevanın vəziyyət pisləşib və o, komaya düşüb. Buna həkim səhlənkarlığının səbəb olduğu bildirilir.
Hazırda komadan ayılan S.Səfərəliyevanın vəziyyəti qənaətbəxşdir. Jurnalistin müalicəsi daha bir müddət davam etdiriləcək.
Qeyd edək ki, S.Səfərəliyeva ANS-in baş redaktoru vəzifəsində çalışıb. Hazırda o, Real TV-də layihələr üzrə direktordur.