13 fevral 2023
144

Daha bir ölkə Türkiyəyə görə matəm elan etdi

Türkiyədə və Suriyada dağıdıcı zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar fevralın 13-ü Şimali Makedoniyada matəm elan edilib.Yenimeydan.info bildirir ki, bunu Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski deyib
“Türkiyə və Suriyanın sərhəd bölgəsində baş vermiş dağıdıcı zəlzələlərdə həlak olanların xatirəsini anmaq üçün fevralın 13-nü matəm günü elan etdik. Şimali Makedoniya vətəndaşları sevdikləri və ailələri ilə dualar edir. Bütün vətəndaşlarımız həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz ölkə və xalq olaraq əziyyət çəkənlərə və hər şeyini itirmiş insanlara kömək etməyə, həmrəy və dəstək olmağa davam edəcəyik”, – deyə Baş nazir qeyd edib.
Qeyd edək ki, bundan öncə Albaniya Türkiyədəki zəlzələnin faciəvi nəticələrinə görə matəm elan etmişdi.