02 fevral 2023
172

FTB BAYDENİN EVİNDƏ AXTARIŞA BAŞLADI

ABŞ prezidenti Co Baydenin Delaver əyalətindəki iqamətgahında, Federal Təhqiqat Bürosunun (FTB) etdiyi axtarış nəticəsində “məxfi sənədlərin'” tapıldığı bildirildi.Yenimeydan.info  BBC-yə istinadən xəbər verir ki, onun vəkili Bob Bauer, Baydenin evində gizli sənədlərin tapılmasından sonra davam edən axtarışlarda heç bir məxfi sənəd tapmadığını açıqlayıb.
Vəkilin bəyanatında axtarışın “planlı və prezidentin tam dəstəyi ilə” aparıldığı və “əvvəlcədən heç bir xəbərdarlıq edilmədən əməliyyat təhlükəsizliyi axtarışına başlanıldığını” bildirilib.
Məxfi sənədlərin araşdırılması çərçivəsində evdə təxminən dörd saat davam edən axtarış təşkil edilib.
Qeyd edək ki, Baydenin şəxsi mülklərində nə qədər məxfi sənəd tapıldığı hələ məlum deyil, lakin yanvar ayında aparılan axtarışda ən azı 10 sənədin tapıldığı açıqlanmışdı.