13 may 2025
327
Yasamal icra hakimiyyəti HARA BAXIR?

Bu fotolarda gördüyünüz tarixi bina Nizami metrostansiyasının arxasında, Yasamal rayonu, Murtuza Muxtarova küçəsində yerləşən Bakı milyonçusu Murtuza Muxtarovun inşa etdirdiyi əzəmətli binalarından biridir. Arxitektur bina dövlət tərəfindən bir mədəniyyət abidəsi kimi restavrasiya olunub, fasadı yenidən işlənib və möhkəmləndirmə işləri aparılıb. Buna baxmayaraq, tarixi binanın üzərinə həmin ərazidə fəaliyyət gösətərən obyektin sahibi Ülvi alı şəxs “Burada maşın saxlama!” yazaraq, bütün bu gözəlliyə və əzəmətə xəlil gətirməkdən çəkinməyib.
Sitat.info-nun əməkdaşı həmin ərazidən keçərkən bunların şahidi olub.
Bu cür tarixi arxitektur binaya qarşı mədəniyyətsiz davranış küçənin görünüşünə də xələl gətirir. Sahibkar obyektinin qarşısında avtomobil saxlamasınlar deyə, icarəyə verdiyi obyektindən daha çox qazanc əldə etsin deyə, tarixi şəxsiyyətin öz adını daşıyan küçədə binanın həyətini “özəlləşdirib”. Binanın divarlarında qara boya ilə, böyük hərflərlə xəbərdarlıq yazaraq, ətrafdakılara meydan oxuyur. Özü də bir yerə yox, birinci mərtəbənin fasadına başdan başa yazıb.
Ərazidə olduğumuz zaman öyrəndik ki, ətrafdakılar da Ülvi adlı şəxsin bu özbaşınalığından narazıdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Məsələ ilə bağlı Mədəniyyət və Turzim Nazirlyinə və Yasamal Rayon İcra Hakimiyyətinə sorğu göndərdik. Mövzunu davam etdirəcəyik.


Oxşar Xəbərlər:

Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-VİDEO
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI