20 fevral 2026
14

İranın Təbrizdəki ən böyük ordusu Hörmüzə göndərildi- Savaşın ayaq səsləri

     ABŞ və İran arasında danışıqlar getsə də, müharibə hazırlıqları da səngimək bilmir.
Tribuna.az xəbər verir ki, son iki gündə baş verənlər savaşın başlama ehtimalını daha da artmasından xəbər verir.
Məşhur  “Axios” saytı yazıb ki, bu həftə sonu ABŞ İrana zərbə endirə bilər. Sayt iddia edib ki, artıq Pentaqonda bununla bağlı hazırlıq başlayıb.
Lakin ABŞ prezidenti Donlad Tramp bildirib ki, İranla danışıqların nəticəsi barədə bir qədər gözləmək lazımdır: “İranla razılığa gələ biləcəyimizi 10 gün ərzində biləcəyik”.
Bu sənada, İran tərəfi də boş oturmayıb. Cenevrə danışıqlarından sonra hərbi sennarilərə hazırlıq üçün aktiv fəaliyyətə başlayıb. Məlum olub ki, İran qısa müddətdə Hörmüz boğazına əlavə qüvvələr yerləşdirib. Maraqlı məqamlardan biri də odur ki, İranın ən güclü ordu hissələrindən biri olan Təbrizdəki 11-ci Ordu (“Ləşkəri Aşura” hərbi birləşməsi-red.) şəhərdən çıxarılaraq, Fars körfəzi bölgəsinə yerləşdirilib.
Bundan başqa “Mozaika müdafiəsi” sistemi bərpa olunub. Hərbi komanda desentralizasiya edilir ki, mərkəz vurulsa belə idarəetmə davam etsin. Nüvə obyektləri möhkəmləndirilir və hava müdafiə sistemləri yenilənir.
Fərda Uğur