Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Nazir müavini:
Bu gənclər əsgərliyə aparılmır - Səbəbini xidmət rəsmisi AÇIQLADI
Məzahir Pənahovun qardaşına vəzifə verildi
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Müəllim naləsi...

Rüstəm
05.02.2013 / 00:00


Bu yaxınlarda analoqu olmayan "dəqiq" "qərəzsiz","vicdanlı" telekanallarımız bir-biri ilə yarışa girərək Sumqayıt məktəblərinin birində baş verən məlum hadisəni az qala "əsrin cinayəti" kimi işıqlandırdılar.Psixoloqlar,təhsil mütəxəssisləri çağırılaraq genişmiqyaslı təhlillər,teledabatlar təskil olundu.Cəmiyyət arasında rəy sorğuları keçirildi,uşaq hüquqları konvensiyası yada salındı.Hadisəni törətmiş müəllim hər kanalda gündə 3 dəfə düz bir ay üzr istədi,peşmançılığını bildirdi.Bir sözlə Afət xanımın dediyi kimi məsələ ictimailəşdi.

Yox...siz elə başa düşməyin ki,bu yazını yazmaqda məqsədim şagirdləri döyən müəllimə bəraət vermək,əməllərinə haqq qazandırmaqdır.Əsla...

Amma bütün dövlət idarələrinin qapısı üzünə bağlanan,sosial partlayışları Rusiyanın ayağına sırıyan,ilin əvvəlindən seçki kompaniyasına başlayan telekanalların bu hadisə ətrafında canfəşanlığı gedişində bu günlərdə məni bir sual düşündürür :

Müəllimin işdən və ya vəzifədən çıxarılması şagirdlərinmi ixtiyarına verildi ?

Tutaq ki mən Əliyə "2" yazıram.Ertəsi gün Əli planlaşdırılmış şəkildə məni bütün şagirdlərin qarşısında söyür ,təhqir edir.Mən də dözməyib ona bir sillə vururam.Vəli sillə vurduğum anı telefona çəkir və sosial şəbəkədə yerləşdirir. Xoşbəxt sonluqdu elə deyilmi ?

Şagirdin döyülməsini youtubdan götürüb ictimailəşdirən telekanallar ,niyə əsgərin döyülüb öldürülməsini ,gənclər küçəyə çıxıb etiraz etməmişdən əvvəl işıqlandırmadı ?Axı öldürülən əsgərin anası ilk öncə onları "vicdanlı" və "qərəzsizləri" çağırmışdı.

Yəqin bu sualı oxuyarkən dərhal cavab verəcəksiniz :Təhsil daha vacib məsələdir,təhsil millətin gələcəyidir,təhsildə baş verən problemləri daha tez işıqlandırmaq lazımdır...

Çox düz fikirləşirsiniz.Onda gəlin bir neçə problemi də biz deyək siz işıqlandırın :

1. 2011-ci ildə "ərəb baharı" hələ təzə çiçəkləyəndə nazirlər kabinetinin iclasında prezident səviyyəsində etiraf edildi ki,Azərbaycanda həll olunası ən vacib məsələlər aşağıdakılardır və bu məsələlər qısa zaman kəsiyində həll edilməlidir:

a)rüşvətxorluq

b)evlərin sənədləşdirilməsi

c)təhsil və səhiyyə işçilərinin əmək haqqı

Ertəsi gün təhsil və maaliyyə naziri ,milli məclisin deputatları bir ağızdan bildirdilər ki, müəllimlərə xüsusi dövlət qulluqçusu statusu verilməsi və müəllimlərin məvaciblərinin ən azı 50% artırılması nəzərdə tutulur.

Artıq 2013-cü ildir.Buyurun işıqlandırın ,ictimailəşdirin.

2. Təğyiri-libas olub,yəni kamerasız və mikrofonsuz Bakı şəhərinin çox yox 50 məktəbində müəllimlərdən sorğu keçirin :Sizdən hər ay nə qədər "dolya" yığirlar ?cavabları və ortaya çıxacaq "feodal nərdivanını" işıqlandırın.

3. Müəllim maaşı ilə yaşamaq üçün zəruri tələbat mallarının qiymətlərini müqayisə edin və işıqlandırın.Deyin ki,müəllim 100 manatlıq mobil telefonu da yalnız kreditlə ala bilir.

4. Yeni təhsil sisteminə ,yəni kurikkuluma keçdikdən sonra müəllim-şagird,müəllim-valideyn,müəllim-müdiriyyət ziddiyətlərini işıqlandırın,ictimailəşdirin...Məsələn tarix müəllimi məktəbli kitabçasına qiymət yox,"Babəki xalq qəhrəmanı kimi dəyərləndirir" cümləsini yazır. Ertəsi gün valideyn müəllimin qabağını kəsib göstərərək soruşur--Mənim uşağım neçə alıb ?

Buyurun işıqlandırın əziz telekanallar.Bilirik ki,sizin buna hünəriniz çatmaz.sizin gücünüz yalnız sizə təhsil və tərbiyə verən müəllimlərə çatır.Qoy müəllimlərin çəkdiyi zəhmət burnunuzdan gəlsin,özüdə piltə-piltə...

Əziz müəllimlər !Müəllimlərin bu cür aşağılanmasında elə ən böyük günah Azərbaycan müəlliminin özündədir.Seçkilərdə birbaşa rolu olan müəllimlər əvvəlcədən tapşırılmış faizi toplamaq üçün riyazi hesablamalar aparır,hər 30 dəqiqədən bir hesabat verərək yeni tapşırıqlar alır.Faiz artıq çıxanda onu azaltmaq üçün çəkdiyiniz əziyyəti yadınıza salın.Seçkidən bir həftə keçməmiş ərzaq məhsullarının qiyməti 20% artırılır,bununla da dovlət müəllimlə "halallaşır".

Həmişə fəxr edirdin ki,maaşım az olsa da "müəllim" kimi şərəfli adı daşıyırsan,artıq sənin şərəf və ləyaqətinlə bir yığın səriştəsiz teleaparıcı şou düzəldərək ictimai rəy formalaşdırır.

Etiketler:
Bu yazı cəmi 3368 dəfə oxunuldu
YORUMLAR
cingiz aliyev: 
".vicdanli movqe alqisa layiqdir"
muellimini bu ve ya diger formada asaqilamaqa calisan ferd,toplum,ve cemiyyet mehve mehkumdur .
07.02.2013 / 00:01
Teymurov Teymur: 
"inshallah duzeler"
ey hormetli muellim.her konulde yerin var...............?Bir mektebde tesadufen ders zamani muellimin dize cokub ushaqlarin el ele tutub hopbanmasini gorub cox teeccublendim.sebr edib ushaqlardan ne edirdiz sorushdum.emi kurkurkurum dersi idi.ona gore sevindim ki ne muellim nede mektebli deyilem.2-ci sinifde muellimin ustunden hopbanan ushaq 10-cu sinifde muellimi soyer doyer muellimlik adindan imtina etdirer. allah size sebr versin..!
06.02.2013 / 12:47
Yazarın Digər Yazıları
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR