10 fevral 2025
19
Öcalandan sensasiya: PKK-nı mən qurdum, mən də dağıdıram!

Yenimeydan.info xəbər verir ki, Türkiyə mediası danışıqlarda bazarlıq və əfv məsələsinin masada olmadığı və terror lideri Öcalanın təşkilata məktub yazdığı haqda iddia yayıb.
Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, təşkilata öz iradəsini tətbiq etməyə icazə verməyən Öcalan “təşkilatı mən qurdum, mən də dağıdaram” fikrindədir.
Görüşlərdə Öcalanın bəzi tələblərinin olduğu, lakin amnistiya məsələsinin heç vaxt müzakirəyə çıxarılmadığı bildirilir. Təşkilat tamamilə tərk-silah olunarsa, xəstə və yaşlı məhbusların qalan cəzalarını ev dustaqlığında tamamlamaları üçün tənzimləmələr aparılacağı barədə pərdəarxası danışıqlar getdiyi bildirilir.
“Burada əsas məsələ silahlarını yerə qoymalarıdır. O zaman əskik bir şey olub-olmadığını görəcəyik. Silahlarını yerə qoymadan və bunu konkret görmədən heç bir addım atıla bilməz”, - AKP-dən olan mənbə deyib.

Oxşar Xəbərlər:

Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ

“Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?

Regionda PKK layihəsinin ləğvi – Suriya Bəşşarın ardınca onu yola salacaq -ŞƏRH

“Türkiyə bilir ki, bu savaş olacaq...” -Professor Xaləddin İbrahimli Orta Doğu ilə bağlı qorxulu planlardan danışır

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO