09 fevral 2025
23
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...

Bəs, o, sertifikasiya imtahanına girə biləcəkmi?
Ajans.az məsələni xəbər portalımızda, “TikTok”, “İnstagram” və s. sosial şəbəkələrimizdə işıqlandırdıqdan sonra isə, məşhur cərrahla bağlı yeni şikayətlər xəbər portalımıza daxil olub.
Onun pasientlərindən biri iddia edir ki, həkim ona sinəkiçiltmə əməliyyatı icra edib, amma nəticə uğursuz olub:
“Sinəni kiçiltməyib, sadəcə dikləşdirib. Tikişlər də pisdir”.
Bir xəstə isə bildirir ki, D. Məhərrəmov rinoplastika əməliyyatını yerinə yetirib və həmin şəxs nəfəs ala bilmir.
Digər pasient də iddia edir ki, cərrahın ucbatından illərdir ki, əziyyət çəkir:
“Bütün sağlamlığımı itirmişəm. Mən də, bacım da. Hər reklam olunan həkim savadlı deyil”.
Xəstə yaxını olan bir vətəndaş da sözügedən həkimdən şikayətçidir:
“Gəlinimin burnunu məhv etdi. 2500 manat aldı, amma uğursuz əməliyyat oldu. Sonra da dedi ki, 1000 manat da ödəyin, 2-ci dəfə əməliyyat edim”.
Daha bir xəstə yaxını qeyd edib ki, tanıdığı 2 nəfər də həkimin qurbanı olub:
“İki nəfərin burnunu əməliyyat edib, birindən hələ də əməliyyatdan illər keçməsinə baxmayaraq burnundan qan gəlir, birinin də burnunu çox balaca edib”.
Bunlar sadəcə gələn şikayətlərin bir qismidir.

Oxşar Xəbərlər:

Plastik əməliyyat etdirən aktrisa: “Bədənimdən çirk axmağa başladı” – FOTO

Saxta estetik cərrahlar qalmaqalı səngimir -Böyük pullar və... SENSASİON DETALLAR

Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat