06 dekabr 2024
29
Reabilitasiya mərkəzində ölüm - Elgiz Alxanov həbs olundu
“Həyat üçün şans” reabilitasiya mərkəzinin təsisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun həbs olunmasına səbəb sözügedən mərkəzdə müalicə alan pasiyentlərdən birinin işgəncə nəticəsində ölməsidir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Həmçinin, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən villalardan birində fəaliyyət göstərən həmin reabilitasiya mərkəzinin qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyi də araşdırılır.
Qeyd edək ki, Bakıda və Abşeronda bir neçə reabilitasiya mərkəzləri mövcuddur. Narkomaniyadan əziyyət çəkən şəxslər bu mərkəzlərə müraciət edərək, sağlamağa çalışırlar. Lakin bu tipli müəssisələrdə bəzən ölümlə nəticələnən neqativ hallar da baş verir.

Oxşar Xəbərlər:
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -MÜƏMMALI TENDERLƏR
Azərbaycanda “Ölüm kağızı” almaq niyə bu qədər qəlizdir? – ÖLÜM BÜROKRATİYASI
Binəqədi sakinləri təhlükənin "12 addım"lığında
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI