03 dekabr 2024
25

“Referans Pharmaceuticals” MMC-nin ölkədən çıxardığı pulun mübahisəsi davam edir

   Azərbaycan Mərkəzi Bankı (AMB) və “Referans Pharmaceuticals” MMC arasında məhkəmə çəkişməsi davam edir.AMB-nin tərtib etdiyi protokola Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə növbəti dəfə dekabrın 5-də baxılacaq.
Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
Qeyd: MMC-nin qanuni təmsilçisi Abbas Famil oğlu Əliyevdir. Şirkətin dövlətə 312 340 AZN borcu var. /Pravda.az