02 dekabr 2024
26
Qarabağ qazisi 80 manatın ümidinə qalıb... - MÜRACİƏT
Daşkəsən rayonu Quşçu kənd sakini Hüseynəliyev Samir Həsənxan oğlu acınacaqlı durumda olduğunu bildirir. "DİA-AZ"ın məlumatına görə, bu barədə müraciətində yazan narazı vətəndaş iddia edir ki, dəfələrlə aidiyyatı üzrə iş üçün yerli qurumlara müraciət etsə də, ona köməklik edilməyib və işsiz olması səbəbindən vəziyyəti günü-gündən pisləşməkdədir.
Narazı vətəndaş ölkə rəhbərliyinə etdiyi müraciətində yazır: "Sizdən xahiş edirəm... mənə köməklik edəsiniz işnən bağlı...
Özüm də İkinci Qarabağ Savaşında iştirak etmişəm və veteranam. Heç bir yerdə işləmirəm, 80 manata baxıram...
Xahiş edirəm, mənə köməklik edəsiniz... Artıq hazırki vəziyyətə dözümüm də qalmayılb..."
Oxşar Xəbərlər:
VII çağırış Milli Məclisin deputatları – SİYAHI
YAP namizədlərinin adlarını açıqladı - Tam siyahı
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...
Əmlak Məsələləri Dövlət Xidməti işinin ÖHDƏSİNDƏN GƏLMİRSƏ
Prezident əfv sərəncamı imzaladı – SİYAHI