01 noyabr 2024
25

Conson: Tramp Ukraynada münaqişənin genişlənməsinə imkan verməzdi

 
“ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynada münaqişənin genişlənməsinə imkan verməzdi”.
Yenimeydan.info -nun məlumatına görə, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson CBS News telekanalına müsahibəsində deyib.
“Düşünürəm ki, o (Tramp -Qeyd) 2022-ci ildə prezident olsaydı, Rusiya yəqin ki, müharibəyə başlamazdı”, - deyə siyasətçi bildirib.
B. Conson həmçinin Trampın siyasi gələcəyinə müsbət yanaşdığını bildirib. O, Ağ Evin rəhbəri postuna namizədi sərt, lakin uzaqgörən siyasətçi hesab edir