28 oktyabr 2024
25
Bakıda ilk ödənişsiz parkinqlər yaradıldı-FOTOLAR
Bakıda ödənişsiz parklanma yerləri təşkil edilir.
Yenimeydan.info xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən məlumat yayılıb.
Məlumata əsasən, həmin ərazilərdə qiymət tənzimlənməsi tətbiq olunmur. Belə ki, 4-cü zonaya daxil olan Səbail rayonunun Mikayıl Useynov və Aqil Quliyev küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb.
Görülən işlər nəticəsində 9 məntəqə üzrə 94 ödənişsiz parklanma yeri təşkil edilib. 3 məntəqə fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün nəzərdə tutulub. Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir.
Qeyd edilib ki, Bakı şəhəri üzrə beş parklanma zonası müəyyən olunub. Ödənişli parklanma yalnız parklanmanın sıxlığa səbəb olduğu və əlçatanlığın təmin edilmədiyi dörd zonada tətbiq edilir.
Xatırladaq ki, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri parklanma ödənişsizdir.
Oxşar Xəbərlər: