27 oktyabr 2024
34
Azərbaycanlı həkimlər kütləvi halda Almaniyaya axın edir – SƏBƏB
“Azərbaycanda tibb mütəxəssislərinin Almaniyaya kütləvi şəkildə köçməsi ölkədə həkim çatışmazlığı problemini daha da kəskinləşdirir. Qəbul plan yeri artırılmalıdır”.
Yenimeydan.info xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz sosial media hesabında qeyd edib.
Ekspert xatırladıb ki, son 5 il ərzində Almaniyaya köçən azərbaycanlı tibb işçilərinin sayı 3 mini ötüb:
“Bu tendensiya tibb tələbələri arasında da yayılıb, onlar təhsil aldıqları müddətdə alman dili kurslarına qatılaraq xaricdə işləməyə hazırlaşırlar.
Azərbaycanda tibb təhsilinə olan maraq son illərdə xeyli artıb, lakin qəbul planının məhdud olması və xaricə köçən həkimlərin sayı səbəbindən ölkənin səhiyyə sistemində ciddi kadr çatışmazlığı yaranır. Bu vəziyyətin aradan qaldırılması üçün tibb təhsilinin daha geniş və əlçatan olması vacibdir. Hazırda Azərbaycan Tibb Universiteti ölkədə tibb təhsili üzrə aparıcı mərkəzdir, lakin qəbul yerlərinin azlığı səbəbindən hər il yüksək bal toplayan yüzlərlə abituriyent tibb sahəsinə daxil ola bilmir və başqa sahələrə yönəlmək məcburiyyətində qalır.
Ölkədə hər 1000 nəfərə 2,1 həkim düşməsi, Almaniyada isə bu rəqəmin 4,3 olması tibb təhsilinə qəbulun artırılmasının nə qədər zəruri olduğunu göstərir”.
Kamran Əsədov qeyd edib ki, Azərbaycan tibb təhsili üzrə digər ölkələrlə müqayisədə geri qalır:
“Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 1000 nəfərə düşən həkim sayında dünya ortalaması təxminən 3,5-dir. Bu isə Azərbaycanda tibb kadrlarının yetişdirilməsi və saxlanılmasının milli səhiyyə sisteminin dayanıqlığı üçün əsas olduğunu göstərir.
Bununla yanaşı, yüksək səviyyəli mütəxəssislərin hazırlanması üçün tibb təhsilinin keyfiyyəti və müasir standartlara uyğun olması da vacibdir. Müasir tədris laboratoriyaları, klinik təcrübə imkanları, həmçinin beynəlxalq təlim və proqramlarla əməkdaşlıq vasitəsilə tələbələrin praktik bilikləri artırıla bilər. Əgər Azərbaycan Tibb Universiteti beynəlxalq səviyyədə tanınan kurslar və təlim proqramları ilə əməkdaşlığı genişləndirərsə, bu, tələbələrin daha keyfiyyətli təhsil almalarına və xaricə axının azalmasına səbəb ola bilər.
Bütün bu tədbirlər qəbul planının artırılması və təhsil keyfiyyətinin yüksəldilməsi ilə birlikdə, Azərbaycanda tibb sahəsində mütəxəssis çatışmazlığını azaltmağa və milli səhiyyə sisteminin inkişafını dəstəkləməyə kömək edə bilər.
Belə bir vəziyyətdə tibb ixtisasına qəbul planının artırılması zərurəti ortaya çıxır. Hazırda 1300 qəbul yeri tibb sahəsində ölkənin ehtiyaclarını qarşılamaq üçün kifayət etmir və bu rəqəmin artırılması tələb olunur.
Qəbul planı artırılaraq yüksək bal toplayan tələbələrin tibb sahəsinə yönəldilməsi ölkədə peşəkar kadr çatışmazlığının qarşısını almağa kömək edər və müasir tibb kadrlarının formalaşmasını təmin edər”.

Oxşar Xəbərlər: