27 avqust 2024
45

Ukraynada ilk ballistik raket sınağı uğurla keçirilib – Zelenski

        “İstehsal etdiyimiz ilk ballistik raket uğurla sınaqdan keçirilib”.
Yenmeydan.info -nun  “pravda.com.ua”ya istinadən xəbərinə görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransında deyib.
Bununla belə o, sınağın təfərrüatlarını açıqlamayıb.
V. Zelenskinin sözlərinə görə, ölkənin müdafiə sənayesi müəssisələri fəaliyyətini fasiləsiz rejimdə davam etdirir.