08 avqust 2024
60
Azərbaycanda bu şəxslərə pulsuz ev veriləcək (AÇIQLAMA)
“Müdafiə Nazirliyinin internet səhifəsində “Mənzil növbəsi” adlı yeni bölmə yaradılıb. Bu bölmənin məqsədi elektron qeydiyyatdan keçməklə 20 il qüsursuz hərbi xidmət göstərmiş hərbçilərimizin və eyni zamanda hazırda hərbi xidmətini başa vurmuş vətəndaşlarımızın, eləcə də onların varislərinin mənzillə təminatı ilə bağlıdır”.Bu sözləri iqtisadçı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, həmin şəxslər sözügedən internet səhifəsində qeydiyyatdan keçməklə mənzil növbəsinə dayanıb, dövlətdən pulsuz mənzil əldə edə bilərlər:
“Bu, bir tərəfdən şəffaflığın gücləndirilməsinə, digər tərəfdən növbənin elektron şəkildə sıralanmasına imkan verəcək ki, hərbçilərimiz daha qısa zamanda mənzillə təmin oluna bilsinlər.
Bu məsələdə şəffaflığın gözlənilməsi önəmlidir və müraciət tarixinə uyğun olaraq hərbçilərimizin mənzillə təminatı çox vacibdir. Yeni sistem imkan verəcək ki, məhz həmin vətəndaşlarımız daha qısa zamanda az proseduradan keçməklə mənzilə sahib ola bilsinlər.
Qeyd etmək lazımdır ki, 2024-cü ilin dövlət büdcəsində də hərbçilərimizin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı vəsait nəzərdə tutulub. Ona görə də hərbçilərimizin mənzil təminatı, onların sosial müdafiəsi bütövlükdə bu gün həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir və dövlət büdcəsindən vəsaitin nəzərdə tutulması və bu istiqamətdə elektronlaşma imkan verəcək ki, hərbçilərimiz daha qısa müddətdə mənzil ilə təmin oluna bilsinlər”.