01 avqust 2024
79
Ərdoğan bu gün Ali Hərbi Şuranı toplayır
Bu gün Türkiyədə Ali Hərbi Şuranın iclası keçiriləcək.
Axar.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ölkənin vitse-prezidenti Cövdət Yılmaz, milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və digər rəsmi şəxslər, o cümlədən ordunun yüksək vəzifəli komandanları iştirak edəcəklər.
Müzakirələr nəticəsində bəzi general və admiralların vəzifəyə təyin olunacağı və istefaya göndəriləcəyi gözlənilir.