11 iyun 2024
53

Rusiyada “Su-34” təyyarəsi qəzaya uğrayıb – Ekipaj üzvləri ölüb

        Rusiya Aerokosmik Qüvvələrinə məxsus “Su-34” təyyarəsi Şimali Osetiya dağlarında planlı təlim uçuşu zamanı qəzaya uğrayıb.Yenimeydan.info  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, təyyarə boş əraziyə düşüb və ekipaj üzvləri həlak olub. Qəzanın ilkin səbəbi kimi texniki nasazlıq göstərilir.