23 mart 2024
33

Ərdoğan: Rusiya xalqının kədərini bölüşürük

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva vilayətində baş vermiş terror aktı ilə əlaqədar Rusiya hökumətinə başsağlığı verib və hücumu şiddətlə qınayıb.
Yenimeydan.info  xəbər verir ki, Türkiyə prezidenti bunu Ankarada AK Partinin keçirdiyi mitinqdə çıxışı zamanı deyib.


Ərdoğan vurğulayıb ki, terror kimdən gəlirsə, onu törədən kim olursa-olsun, qəbuledilməzdir: “Biz terrorun qanlı, xain üzünü çox yaxşı bilir, rus xalqının kədərini bölüşürük”.