15 mart 2024
110

Azərbaycanda 6 şirkəti özündə birləşdirən Şirkətlər Qrupu yaradılıb

Azərbaycanda 6 şirkəti özündə birləşdirən
Azərbaycanda yeni aqrar biznesdən neft-qaz satışlarına kimi biznesləri əhatə edəcək yeni şirkətlər qrupu təsis edilib.

Banker.az-ın əldə etdiyi məlumata əsasən bu, “Caspian Capital Group” MMC-dir.

Şirkətlər qrupunun portfelinə inşaat sektoru üzrə “Gold Construction 2020” MMC və “ND Company” QSC, mühəndislik və sənaye xidmətlərini həyata keçirən “AzSafe City” MMC, təchizat və nümayəndəlik xidmətlərini həyata keçirən “ELTA Global” MMC, treyndinq-logistika xidmətlərini həyata keçirən “ETA Oil Trade” MMC (ən son yaradılan), aqrar biznesi olan “EKOFARM Group” MMC daxildir.

“Caspian Capital Group” 2024-cü ilin yanvarında dövlət qeydiyyatına alınıb. Onun icra orqanına yarandığı gündən Tahir İskəndərov Firuz oğlu rəhbərlik edir. T.İskəndərov ilin əvvəlinə qədər rebrendinq etmiş “Azera Holdinq” MMC-nin (əvvəl: “Sara İnvest Holdinq”) strukturundakı şirkətlərdən birinə rəhbərlik edirdi.

“Caspian Capital Group”un nizamnamə kapitalı 100 manatdır.