12 mart 2024
30

Ukrayna hücuma keçdi: döyüşlər gedir - Video

    Ukrayna ordusunun diversiya-kəşfiyyat qrupu Belqorod və Kursk vilayətlərinə hücum edib.
Axar.az xəbər verir ki, bu barədə “Vargonzo” məlumat yayıb.
Məlumata görə, bir neçə silahlı qruplaşma minaatan və artilleriya dəstəyi altında pikaplarla Belqorod istiqamətində sərhədi yarmağa çalışır. Hətta hücumda bir neçə tankın da iştirak etdiyi bildirilir.
Kursk vilayətinin sərhədyanı Tetkino kəndində də döyüşlərin getdiyi barədə məlumat yayılıb.
Hər iki hadisə ilə bağlı hələlik heç bir tərəf rəsmi məlumat yaymayıb.