11 mart 2024
31

Ukrayna yüksək vəzifəliləri Putinə məlumat ötürür - Şok

 Ukrayna Müdafiə Nazirliyində və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında Rusiyaya məlumat ötürən adamlar var.
Yenimeydan.info xəbər verir ki, bu barədə “Arti Qrin” ləqəbli ukraynalı zabit deyib.
"Bu müharibədə düşmən bizim Baş Qərargahımızda olan bütün məlumatlara çıxış əldə edə bilər”, - hərbçi bildirib.
"Yəni, Putinin adamları fiziki olaraq Baş Qərargahın, Ukrayna Müdafiə Nazirliyinin binasında yerləşir?" – Gerasimoviçin birbaşa sualına o, belə cavab verib: "Buna şübhəm yoxdur".
Ukraynalı zabit qeyd edib ki, Kiyevdə tam əks-kəşfiyyat işləri aparılmayıb:
"Bunun nəticəsində Rusiya böyük imkanlara sahibdir".