16 fevral 2024
44

Monqolustanın keçmiş prezidenti Putini ələ saldı – FOTO

        Keçmiş Monqolustan prezidenti Tsakia Elbegdorj ölkəsinin xəritələrini X-də dərc edərək Rusiya prezidenti Vladimir Putini ələ salıb.
Yenimeydan.info xəbər verir ki, “Putinin müsahibəsindən sonra Monqolustanın tarixi xəritəsini tapdım. Narahat olmayın, biz sülhsevər və azad xalqıq”, – siyasətçi Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsindən danışarkən yazıb.
Kreml rəhbəri məşhur müsahibəsi zamanı “Ukraynanın tarixən mövcud olmadığını və ukraynalıların eyni ruslar olduğunu, ərazilərin Rusiyaya məxsus olduğunu” iddia edib.