12 fevral 2024
37

Bakıda bu tarixdən hava kəskin soyuyur – Sulu qar yağacaq, şaxta olacaq

     Fevralın 16-dan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişəcək.Fevralın 16-ı gecədən etibarən havanın temperaturu – 1 dərəcəyə düşəcək. Yağıntı olacaq. Bəzi yerlərdə sulu qara keçəcək.
Fevralın 17-si gündüz havanın temperaturu 0 dərəcə olacaq. Gecə isə 2 dərəcə şaxta olacaq. Fevralın 17-də sulu qar yağmağa davam edəcək.
Fevralın 18-si gündüz 2 dərəcə isti, gecə 1 dərəcə şaxta olacaq. Fevralın 18-i də paytaxtda sulu qar yağmağa davam edəcək.
Yalnız fevralın 19-dan etibarən yağıntı kəsiləcək.
Havanın temperaturu tədricən artacaq, gecələr + dərəcə temperatur olacaq.