08 fevral 2024
124
Zaxarova Paşinyana-Aİ-nin saxta müşahidəçilərindən fərqli olaraq…
“Ölkələrimiz müttəfiq olaraq qalır. Erməni xalqının maraqları Rusiya ilə qonşuluq münasibətlərindən ayrılmazdır və ümid edirik ki, Ermənistan dövlətinin rəhbərliyi indiki geosiyasi transformasiyalar fonunda bunu nəzərə alacaq və düzgün seçim edəcək. Mən vurğulamaq istəyirəm ki, bu, Rusiya baxımından deyil, Ermənistan xalqının maraqları baxımından doğrudur”. Yenimeydan.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın bir sıra səbəblərə görə Ermənistanın əsas tərəfdaşı ola bilməyəcəyi barədə sözlərini şərh edərkən deyib.“Konkret olaraq, Rusiya Federasiyası və Ermənistan Respublikası arasında təhlükəsizlik və hərbi-texniki əməkdaşlıq baxımından etibarlı ikitərəfli müqavilə-hüquq bazası mövcuddur. Söhbət 1997-ci ildə imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqaviləsindən, 1995-ci ildə Ermənistan ərazisində Rusiya hərbi bazasından, 2015-ci ildə vahid regional hava hücumundan müdafiə sisteminin yaradılmasına dair dövlətlərarası müqavilələrdən, hava qüvvələrinin birgə döyüş vəzifəsindən gedir. 2000-ci ildə müdafiə və hər iki ölkənin suverenlik, ərazi bütövlüyü və təhlükəsizliyin qorunması da daxil olmaqla bir-biri qarşısında öhdəlikləri var”, – Zaxarova bildirib.
O qeyd edib ki, İrəvan da KTMT çərçivəsində, o cümlədən mümkün təcavüz halında kollektiv qarantlar altındadır. Kollektiv təhlükəsizlik sazişini inkişaf etdirmək və gücləndirmək məqsədilə 2016-cı ildə Rusiya və Ermənistan Qafqaz kollektiv təhlükəsizlik regionunda tərəflərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyan birgə qoşunlar qrupu haqqında saziş imzalayıblar. Və bu baxımdan KTMT çərçivəsində fəal əməkdaşlığın qaytarılması ilk növbədə Ermənistanın maraqlarından irəli gəlir”, o vurğulayıb.
Zaxarova əlavə edib ki, İrəvanın ixtiyarında geniş təşkilati imkanlar, çoxillik təcrübəyə əsaslanan potensialı var.
“Biz əminik ki, Avropa İttifaqı missiyasının bəyan edilmiş məqsədlərdən uzaq məsələlərlə məşğul olan saxta müşahidəçilərindən fərqli olaraq, KTMT Cənubi Qafqazda sabitləşdirici rol oynamağa qadirdir”, – deyə o, yekunlaşdırıb.

Oxşar Xəbərlər:
Türkiyə və İran ortaq məxrəcə gəlir - GƏLİŞMƏ
"Separatçılar Rusiyanın yardımını Paşinyanın tapşırığı ilə qəbul etməyib"
"Şəxsən mən bilirdim ki, belə də olacaq" - Keçmiş nazirdən İLGİNC AÇIQLAMALAR
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI