05 fevral 2024
78

Zelenski atəşə tutuldu

 Ukrayna Prezidenti Vladimir Zelenski Zaporojye vilayətində cəbhə xəttində, Rabotinoda olarkən, düşmən kəndi atəşə tutub.
Yenimeydan.info xəbər verir ki, bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov deyib.
“Atışma Zelenskinin olduğu yerə olduqca yaxın idi. Bu, Rabotinodur, orada aktiv döyüşlər gedir. Amma vəziyyəti dramatikləşdirməzdim”, - o bildirib.
Qeyd edək ki, Zelenski ötən gün cəbhə xəttinə gəlmişdi.