13 yanvar 2024
51

Türkiyə 9 şəhid verdi - Yaralılar var+Yenilənib

turkiye-9-sehid-verdi

İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin atəşi nəticəsində 5 türk əsgəri şəhid olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“12 yanvar 2024-cü il tarixdə “Pençe-Kilit” əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa cəhd edən terrorçularla qarşıdurmada 5 qəhrəman yoldaşımız şəhid olub, 3-ü ağır olmaqla 8 qəhrəman yoldaşımız yaralanıb. Yaralılarımız xəstəxanaya göndərilib və müalicələrinə başlanılıb”, - məlumatda qeyd olunub.
Nazirlik 12 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
***Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 6 nəfərə çatıb.
Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq yaralı hərbçi dünyasını dəyişib.
Bölgədə əməliyyatlar davam edir.
***
“Pençe-Kilit” antiterror əməliyyatı zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə yüksəlib, 4 əsgər isə yaralanıb.
İlkin məlumata görə, bölgədə 15 terrorçu zərərsizləşdirilib.