04 yanvar 2024
43

Rusiya Ukrayna ilə bağlı danışıqlara hazır deyil

          ABŞ Rusiyanın Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu görmür. Yenimeydan.info  xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Konqresi Ukraynaya yeni yardım tələbini təsdiqləməyə çağırarkən bildirib.
“Cənab Putinin qəfil danışıqlara hazır olması barədə mətbuatda xəbərlər yayılıb, o, şübhəsiz ki, danışıqlara hazır adam kimi davranmır”, – Kirbi jurnalistlərə bildirib.