03 yanvar 2024
45

Rəisi Türkiyəyə səfərini ləğv etdi

reisi-turkiyeye-seferini-legv-etdi

İran Prezidenti İbrahim Rəisi Türkiyəyə səfərini ləğv edib. 
Yenimeydan.info xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. 
Buna səbəb Kirman əyalətində törədilən terror aktıdır.Səfərin başqa vaxtda baş tutacağı bildirilir.
Qeyd edək ki, səfər yanvarın 4-nə planlaşdırılmışdı.
Xatırladaq ki, bu gün İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin keçmiş komandanı general Qasım Süleymaninin dəfn olunduğu ərazidəki terrorda ölənlərin sayı 103 nəfərə çatıb. Ölənlərin sayının artacağı istisna edilmir.
Q. Süleymani 2020-ci il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində öldürülmüşdü.