11 dekabr 2023
802

PREZİDENTLİYƏ KİMLƏR NAMİZƏD OLA BİLƏR? – BİZİM SİYAHI…

         Gələn ilin 7 fevralında keçiriləcək prezident seçkisində dövlət başçısı İlham Əliyevin birmənalı şəkildə yüksək görünür. Prezidentin reytinqi yüksəkdir, xalqdan dəstək qazanıb və Qarabağı azad edən Ali Baş Komandan olaraq tarix yazıb. Ona görə də seçkidə rəqiblərinin xalqdan səs alması çətin olacaq, hətta kifayət qədər az səs veriləcək. Bununla belə seçkidə iştirak niyyəti olan siyasətçilərin kimliyi maraq doğurur. Yenimeydan.info-ya  verilən məlumatda görə, növbədənkənar prezident seçkisində Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, AĞ Partiya sədri Tural Abbaslı, BAXCP sədri Qüdrət Həsənquliyev, MCP sədri Razi Nurullayev iştirak edə bilərlər. Onların namizəd olacağı gözlənilir. AXCP sədri Əli Kərimli və Müsavat Partiyası başqanı Arif Hacılı seçkidə iştirak etməyəcəklər. KXCP sədri Mirmahmud Mirəlioğlu, AXP sədri Pənah Hüseyn isə qərarlarını konkretləşdirməyiblər. MMP sədri Hafiz Hacıyev, MDHP sədri Fərəc Quliyevin də seçkidə iştirakı istisna deyil.