06 dekabr 2023
582
General polkovniki vəzifəsindən azad etdi - ƏMR
Dövlət Gömrük Komitəsinin Rusiya nümayəndəsi vəzifəsindən azad edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmr ilə polkovnik (gömrük attaşesi) Anar Hüseynov işdən çıxarılıb.
Anar Hüseynov öz istəyi ilə təqaüdə göndərilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndindən olan Anar Hüseynov gömrükdə bir sıra vəzifələrdə çalışıb.
Onu da qeyd edək ki, bundan əvvəl Şahin Bağırov polkovnik (gömrük attaşesi) Əliqulu Cəfərovu Azərbaycanın Türkiyədəki səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi vəzifəsindən azad edib. Əliqulu Cəfərovun Komitənin sabiq sədri general-polkovnik Səfər Mehdiyevin yaxın qohumu olduğu deyilir.
Oxşar Xəbərlər:
Gömrük Komitəsində nə baş verir? – 20 gündə 4 HƏBS
Anar Bağırov 5 milyon vəsaitlə bağlı açıqlama vermir - İTTİHAM VAR!
“Qızıl Səadət”in 21 kiloqram qızılına görə general 400 min rüşvət istəyib? – Qohumu da həbs edildi
Mehdiyev qardaşlarını Kəmaləddin Heydərovla nə birləşdirir?
Prezident əfv sərəncamı imzaladı – SİYAHI