30 noyabr 2023
663

30 fələstinli azad edildi

30-felestinli-azad-edildi

İsrail hakimiyyəti 30 fələstinli girovu azad edib.
Yenimeydan.info xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, onların olduğu avtobus Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi qruplarının müşayiəti ilə Ofer həbsxanasından çıxıb.
Xatırladaq ki, noyabrın 24-dən İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilib. İsrailli və fələstinli girovların azad edilməsi və humanitar yardımın çatdırılması üçün nəzərdə tutulan atəşkəsin bir neçə gün də uzadılacağı gözlənilir.