30 noyabr 2023
758
Qarabağ Universitetində nələr tədris olunacaq?
Təhsil eksperti Kamran Əsədovun Qarabağ Univeristeti ilə bağlı Axar.az-a müsahibəsi:
- Xankəndidə yaradılması planlaşdırılan Qarabağ Universiteti təhsilimiz üçün nə vəd edir?
- Qarabağda ayrıca bir dövlət universitetinin yaradılması və onun Qarabağ Universiteti deyə adlandırılması çox böyük hadisədir. Qarabağ Universiteti bəlkə də Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq. Nazir tibb təhsili konfransında olduğuna görə, orada yalnız tibb təhsili barəsində danışdı. Amma həmin universitetdə dövrün əsas ixtisaslarından olan İT istiqaməti, mühəndislik, digər ixtisaslar da tədris olunacaq.
Düşünürəm ki, bu universitetdə ilk növbədə Qarabağ regionun inkişafı üçün kadr potensialı yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir.
- Ümumiyyətlə, Qarabağda təhsil müəssisələrinin işi necə qurulmalıdır?
- İşğaldan azad edilmiş ərazilərdə xidmət keçən şəxslərin məktəb yaşlı övladlarının təhsil hüququnun təmin edilməsi, onlar üçün təhsilin əlçatananlığının təmin edilməsi zəruridir. Əhaliyə təhsil xidmətlərinin göstərilməsi üzrə mütəxəssislərin fəaliyyətləri stimullaşdırılmalıdır, onların əmək haqlarına xüsusi əlavələr edilməlidir.
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanında iştirak edib, müvafiq balı toplayan, amma vakansiya yoxluğu səbəbindən işə qəbul olunmayan müəllimləri prosesə cəlb edə bilər.
Düşünürəm ki, qısa müddətdə bölgələrin ənənəvi, coğrafi və s. xüsusiyyətlərinə uyğun xüsusi profilli təhsil müəssisələri (məktəbdənkənar, peşə, orta ixtisas, ali) və əlavə kurslar yaradılmalıdır ki, yaxın zamanlarda tarixi torpaqlarına köçəcək insanların, eyni zamanda orada xidmət edən şəxslərin ailə üzvlərinin təhsil alma imkanı əlçatan olsun.
Bir faktı da qeyd edim ki, işğaldan azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. Əlbəttə, birdən-birə bu infrasturukturun bərpası mümkün deyil. Bunun üçün azı 3-5 il vaxt lazımdır. Lakin ilkin mərhələdə məskunlaşmanın həyata keçirildiyi və xidmətli şəxslərin olduğu ərazilərdə təhsil xidmətlərinin göstərilməsi təmin edilməlidir.
- Bu qeyd etdiklərinizə gedən yol yaxşı fundamenti qoyulmuş təhsildən keçir. Həmin bölgədə təhsili canlandırmaq üçün nə etmək lazımdır?
- Birinci mərhələdə ora köçürüləcək, dədə-baba yurdlarına qayıdacaq şagirdlərin sayına uyğun olaraq modul tipli orta məktəblərin salınmasını təklif edirik. Yəni birdən-birə böyük orta təhsil müəssisələrinin tikilməsi həm uzun vaxt aparacaq, həm də onlar tam dolmayacaq. Hazırda bilirik ki, hər rayonun nə qədər şagirdi var. Amma hər kəs ora gedəcəkmi? Bu məsələ hələ də sual altında olduğuna görə bizim təklifimizin birinci hissəsi budur ki, modul tipli məktəblər yaradılsın. Beləliklə də təhsilalanların təhsil hüquqları pozulmasın.
İkinci, işğaldan azad edilmiş ərazilərimizdə bir neçə ali təhsil müəssisəsi açmalıyıq. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə məzunlar olacaq, yəni 10-11-ci siniflərdə təhsil alan abituriyentlər paytaxt Bakıya və digər şəhərlərə getmək əvəzinə Qarabağda təşkil olunacaq universitetlərə də daxil ola bilərlər.
Üçüncü təklifimiz peşə müəssisələrinin və kolleclərin açılmasıdır. Ona görə ki, qısa vaxt ərzində həmin ərazilərdə ehtiyac duyulacaq sahələr üzrə ixtisaslı kadrlar hazırlanmalıdır.
Yəni Qarabağda təhsil elə bir vəziyyətə gətirilməlidir ki, 90-ci illərdə yaşadıqlarımızı bir daha yaşamayaq. Təhsil orada həm müdafiədir, həm ixtisaslı kadrdır, eyni zamanda məskunlaşmağa təsir edən birbaşa amildir.
- Xankəndidə Qarabağ Universitetinin açılması bölgənin ali təhsil müəssisələri ilə bağlı boşluğu doldurmağa kifayət edirmi?
- Düşünürəm, Qarabağ Universiteti ilə yanaşı, Şuşa Universiteti də yaratmaq lazımdır. Hətta Ermənistanla sərhəd olan Laçında, Qubadlıda Müəllimlər İnstitutunun, İqtisad Universitetinin filiallarını açmalıyıq.
İqtisadiyyat Universiteti, onun filialları, həmçinin, hüquq fakültələri açılmalıdır. Hətta orada Polis Akademiyası da açmaq olar.