28 noyabr 2023
645

Sumqayıtda yanğın oldu - Xəsarət alan var

sumqayitda-yangin-oldu

Sumqayıt şəhərində yanğın olub.
Yenimeydan.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ümumi sahəsi 20 m² olan taxta konstruksiyalardan ibarət qarajın yanar konstruksiyaları, “Mercedes” markalı mikroavtobusun yanar hissələri və yaxınlıqda 10 ədəd ağac yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.